Новость - Hakerlər "Telegram" botu vasitəsilə necə pul oğurlayırlar?
Hakerlər "Telegram" botu vasitəsilə necə pul oğurlayırlar?




"Kaspersky" mütəxəssisləri tərəfindən aşkar edilmiş yeni fırıldaq sxemində təcavüzkarlar onlayn valyuta mübadiləsi xidmətini təqlid edirlər

Lent.az xəbər verir ki, fırıldaqçılar rusdilli istifadəçilərin pulunu oğurlamağa çalışır, eyni zamanda şəxsi və maliyyə məlumatlarını zorla ələ keçirirlər. Sxemin özü özü bir neçə elementdən ibarətdir.

Fırıldaq sayt

Təcavüzkarlar guya valyuta və kriptovalyuta mübadiləsini təklif etdikləri bir resurs yaradıblar. Onun istifadəçi rəyləri, kontakt və xidmət qaydaları olan bölməsi, habelə bir şəxsin sonda alacağı məbləği hesablamaq üçün bir forma yer alır.

"Telegram" botu

Bir şəxs valyuta dəyişdirmək qərarına gəldikdə, bunun üçün ondan Telegram botuna müraciət etməsi xahiş olunur. Botun təsvirində xidmətin MDB ölkələri və dünya üzrə xaricə valyuta mübadiləsi əməliyyatlarını və köçürmələri həyata keçirdiyi deyilir. Potensial qurban, məsələn, nağd xarici valyuta almağı seçərsə, ondan üç addımı yerinə yetirmək istəniləcək: menecerlə ərizəni doldurmaq, istənilən bir üsulla onlayn ödəniş etmək və məntəqəyə yaxınlaşıb nağd pulu götürmək.

Daha sonra bu ssenari çərçivəsində operator ərizəni təsdiqləmək üçün dialoqa qoşulur. O, əskinasların götürmək üçün müştəriyə uyğun məntəqə və vaxtı, eləcə də müştərinin istədiyi əskinası müəyyənləşdirir. Saxta xidmətin meneceri pulu alan şəxsin tam adını və telefon nömrəsini, həmçinin ödənişi hansı bank vasitəsilə edəcəyini soruşurlar. Bununla belə, nəticədə insanlar nəinki pulunu itirir, həm də təcavüzkarlarla yazışmalar zamanı paylaşılan şəxsi məlumatlarını riskə atır.

Fırıldaqçıların qurbanı olmamaq üçün "Kaspersky" mütəxəssisləri tövsiyə edirlər:

Maliyyə əməliyyatları üçün yalnız uzun müddət bazarda mövcud olan rəsmi, etibarlı xidmətlərdən istifadə edin;

İstifadəçi rəylərinə diqqət yetirin, mənfi şərhləri diqqətlə öyrənin. Hər hansı bir şübhə yarandıqda, başqa bir xidmətdən istifadə etmək daha yaxşı olar;

Xidmətin zəmanət və qəbzlər verib-vermədiyini yoxlayın;

Əgər xidmət təzəlikcə istifadəyə verilibsə, məsələn, domen bir aydan azdır ki, aktivdirsə, ehtiyatlı olmalısınız;

Şübhəli ləri, hətta tanıdığınız biri göndərsə belə, açmayın.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl