Новость - Güclü külək, yağış - Xəbərdarlıq
Güclü külək, yağış - Xəbərdarlıq




Avqustun 29-u axşamdan 30-u səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 29-u səhər şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl

Daxil olun






Sosial şəbəkələr ilə avtorizasiya