Новость - 4 metrlik bu canlı hər kəsi udacaq qədər güclüdür
4 metrlik bu canlı hər kəsi udacaq qədər güclüdür




Amerikada ovçular 7-8 saat ərzində yalnız vəhşi heyvanla boğuşub.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, ABŞ-ın Missisipi ştatında ovçular uzunluğu 4 metri keçən nəhəng timsahı tutmağı bacararaq hər kəsi təəccübləndirib. Timsah ölçüsü ilə yeni rekorda imza atıb.

Timsah ABŞ-ın Missisipi ştatındakı Yazoo çayından çıxarılıb və çəkisi 362 kiloqramdan çox olub. Bu nəhəng məxluq, qəfəsdə olmadığı halda qarşısındakı hər kəsi yeyə bilər.

Qeyd edək ki, rəsmilər xüsusən yaşayış məntəqələrinin yaxınlığında və ev itlərinin yeyilməsi ilə bağlı şikayətlərin sayını azaltmaq üçün müəyyən vaxtlarda alliqator ovlamağa icazə verir.

Sevda Səfərova
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl