Новость - Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda da istehsal ediləcək
Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda da istehsal ediləcək




Türkiyənin gülləkeçirməz lövhələri Azərbaycanda da istehsal ediləcək.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" məlumat yayıb.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı tərəflər arasında protokol imzalanıb.

Sənədi "Akıncılar Taktik Tekstil" şirkətinin İdarə heyətinin rəhbəri Can Uzuntəpə və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktoru Mürsəl Əliyev imzalayıblar.

Həmçinin qeyd olunub ki, mütəxəssislərin birgə hazırlığı ilə bağlı proqram da qəbul olunub.

Lövhələrin Azərbaycan Ordusunda da istifadəsi nəzərdə tutulur.

C.Uzuntəpə deyib ki, istehsal işlərinin bir hissəsi Azərbaycanda həyata keçiriləcək.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl