Новость - 17.08.2023 Tarixinin bürc proqnozu 🔮
17.08.2023 Tarixinin bürc proqnozu 🔮




17.08.2023 Tarixinin bürc proqnozu 🔮

Qoç♈️
Gün qeyri-adi keçəcək, gözlənilməz sürprizlə yadda qalacaq.  “Belə hadisələr niyə baş verir”-deyə düşünək üçün vaxt sərf etməyin. Bunun əvəzinə hərəkətə keçin. Zaman itirməyin zamanı deyil.

Buğa♉️
Hərəkət edin, vaxtınızı boş yerə sərf etməyin. Bu gün işlərinizdə uğur gözlənilir. Əlinizi hansı işə atsanız dərhal yerinə yetirə biləcəksiniz.

Əkizlər♊️
Gün çətinliklərlə başlayacaq.  Onlar əhəmiyyətsiz olsa da, bu sizi qorxuda və hətta çaşdıra bilər.  Həyatda qarşılaşdığınız maneələrin aradan qaldırılmasında sizə kömək edə biləcək insanları düşünün. Onlar az deyil.

Xərçəng♋️
İşdə gecikmələr istisna edilmir. Bu gecikmələr başqasının səhvləri ilə əlaqələndiriləcək. Çalışın çox əsəbləşməyəsiniz.  Nə qədər sakit olsanız, vəziyyət bir o qədər tez yaxşılığa doğru dəyişəcək.

Şir♌️
Bu gün öz güclü tərəflərinizin obyektiv qiymətləndirmək üçün ideal gündür.  Bu qiymətləndirmə səhvlərdən qaçmağa, pis niyyətlilərin qurduqları tələlərdən yan keçməyə kömək edəcək. Rəğbətinizi qazanmağa çalışan hər kəsə etibar etməməlisiniz. 

Qız♍️
Çalışın ki,  bu risk etməyəsiniz.  Yaxşı düşünülmüş hərəkətlər əla nəticələr verəcək. İşə, peşəkar perspektivlərinizə, karyera yüksəlişinə gəldikdə ehtiyyatlı olmağınız tövsiyyə edilir.

Tərəzi♎️
Heç bir şey olmadığını iddia etməyin. Bu, vəziyyəti daha da gərginləşdirəcək. Köhnə səhvləri düzəltmək, anlaşılmazlıqlara son qoymaq imkanı olacaq.

Əqrəb♏️
Evdə həmişəkindən daha çox narahatlıq olacaq. Yaxınlarınızla fikir ayrılıqları, ünsiyyətdə gərgin anlar istisna deyil. Ancaq narahat olmamalısınız, vəziyyəti aradan qaldırmaq üçün mütləq bir yol tapacaqsınız.

Oxatan♐️
Ciddi məsələlərə diqqət yetirmək həmişəkindən daha çətin olacaq. Hərdən öz probleminizi deyil, bəzi xırda problemləri həll etməklə diqqətinizi yayındırmağa çalışacaqsınız.  Bu vəziyyətdə belə,  heç nəyi unutmayacaq, qarışdırmayacaq və gözdən qaçırmayacaqsınız.

Oğlaq♑️
Köhnə tanışları görmək, uzun müddətdir xəbər almadığınız insanlarla söhbət etmək fürsəti yaranacaq. Bu, çox faydalı olacaq, maraqlı bir şey öyrənəcəksiniz, yaxşı məsləhətlər alacaqsınız. Günortadan sonra romantik görüşlər üçün əlverişlidir.

Dolça♒️
Bu gün ortaya çıxanproblemlər çətin ki, dərhal həll olunsun. Bu məsələlərin həlli üçün çətin məsələləri başa düşməli, yeni bir şey öyrənməli olacaqsınız. Səhər saatlarında  bu problemlərin həlli üçün hərəkət etməyə başlasanız, hər şey düzələcək.

Balıqlar♓️
Bu gün özünüzü düzgün aparsanız, tezliklə cazibədar işgüzar təkliflər alacaqsınız. Dostlarınızın köməyinizə ehtiyacı ola bilər. Çox güman ki, onu reallaşdırmaq üçün planlarınızı dəyişməli olacaqsınız. Bunu etmək sizə peşmançılıq verməyəcək.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl