Новость - "Versace"nin sahibi dəyişdi
"Versace"nin sahibi dəyişdi




"Coach", "Kate Spade" və "Stuart Weitzman" brendlərinin sahibi olan "Tapestry" şirkəti "Capri Holdings"i 8,5 milyard dollara satın alıb.

Sövdələşmə nəticəsində "Capri Holdings"in brendləri – "Michael Kors", "Jimmy Choo" və "Versace" də sahibini dəyişib.

"Capri"nin rəhbəri Con Aydol bildirib ki, sövdələşmə "şirkətin qlobal mövcudluğunun genişlənməsini sürətləndirmək üçün" resursları və imkanları artıracaq.
Xatırladaq ki, "Capri" 2018-ci ildə "Versace"ni 2,2 milyarda satın almışdı./Oxu.az
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl