Новость - Bred Pitt və Ancelina Coli rəsmən boşandılar
Bred Pitt və Ancelina Coli rəsmən boşandılar




Hollivud ulduzları Bred Pitt və Ancelina Coli 7 illik məhkəmə prosesindən sonra boşanmalarını yekunlaşdırıblar.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, cütlük arasında ən son fikir ayrılığı evli olarkən əldə etdikləri fransız şərab zavodu "Chateau Miraval"la bağlı olub.

Pitt şərab zavoduna tam nəzarət etmək üçün 250 milyon dollar ödəyəcək.

Qeyd edək ki, 2014-cü ildən evli olan 59 yaşlı Bred Pitt və 48 yaşlı Ancelina Coli 2016-cı ildə təyyarədə etdikləri mübahisədən sonra ayrılıblar.

Cütlüyün 21 yaşlı Maddoks, 19 yaşlı Paks, 18 yaşlı Zahara, 17 yaşlı Şilo və 15 yaşlı əkizlər Noks və Vivyen adlı uşaqları var.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl

Daxil olun






Sosial şəbəkələr ilə avtorizasiya