Новость - Dubaya dostunun toyuna ayı pəncəsi aparan tutuldu
Dubaya dostunun toyuna ayı pəncəsi aparan tutuldu




Dubayda dostunun toyuna 200 kiloqram xərçəng və ayı pəncəsi aparmaq istəyən gömrükdə yaxalanıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Çeçenistan gömrük postunun əməkdaşları ayı pəncələri və kral xərçəngi aparmaq istəyən 23 yaşlı rusiyalını saxlayıblar.

Gənc oğlan 12 qutu qanunsuz yükü gömrük xidmətinə təslim edib. Gömrükçülər yükü skan etdikdən sonra 12 ədəd Himalay ayısının pəncəsi, 180 kiloqram xərçəng və 19 kiloqram yumru çaqa aşkar ediblər.

Malların təxmini bazar dəyəri bir milyon rubldur (təxminən 18 min 500 manat).
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl