Новость - Madonna ailəsinə və dostlarına təşəkkür edib
Madonna ailəsinə və dostlarına təşəkkür edib




Dünya pop ulduzu Madonna xəstəliyi zamanı dəstəyə görə ailəsinə və dostlarına təşəkkür edib.

"Kritik vəziyyətdə uşaqlarımın mənə həqiqətən də kömək etməsi mənim üçün çox vacibdir. Ailənin və dostların sevgisi ən yaxşı dərmandır. Xəstəxanadan çıxandan bir ay sonra sağ qaldığım üçün nə qədər şanslı olduğumu başa düşdüm", - deyə müğənni "Instagram" hesabında yazıb.

Qeyd edək ki, bakterial infeksiyadan müalicə olunaraq xəstəxanadan buraxılan Madonna hələ də özünü pis hiss edir və yataqdan qalxa bilmir.
Nyu-Yorkdakı evində olan 64 yaşlı müğənni ürək bulanmasından əziyyət çəkir. Zəifliyinə baxmayaraq, müğənni yubiley turuna planlaşdırıldığı kimi başlamaq istəyir. Lakin onun meneceri Qay Ozri iyulun 15-nə planlaşdırılan ilk konserti daha gec bir tarixə keçirmək variantlarını araşdırır.
Oxu.az
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl