Новость - Maqnit qasırğası olacaq
Maqnit qasırğası olacaq




Avqustun 1 və 2-də G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir.

Bu barədə BiG.AZ-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 29-30 iyulda da qismən Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı ola bilər.

31 iyul-6 avqust iyul C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 28 iyulda baş vermiş Tac Kütlə Atılmalarının şok dalğalarının 31 iyul - 1 avqustda Yerə çatacağı gözlənilir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə yenidən S1 səviyyəsinə qalxacağı proqnozlaşdırılır.

Müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin və Tac Kütlə Atılmalarının təsiri ilə Günəş küləyinin sürətinin artacağı gözlənilir.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl