Новость - Yeni İliniz Mübarək!
Yeni İliniz Mübarək!




Bu da çoxdan bəri gözlədiyimiz yeni ilin gəlişi.Bu gözəl gündə hamiya can sağlığı,uzun ömür,xoş ve sevgi dolu günlər,xoşbəxt həyat,ancaq sevincdən yaranan göz yaşları arzulayıram.Sevib sevilin,gözləyib gözlənilin.2023 ili heyatinizda en uğurlu il olaraq yaddaşınızda birdəfəlik həkk olunsun İnşALLAH.

31 dekabr dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Məhz bu gün bütün dünya Azərbaycanlıları bir araya gəlir və bütün dünyaya sübut edir ki, dünyanın ən qüdrətli dövləti məhz AZƏRBAYCAN-dır!!!
Bu gün münasibəti ilə bütün dünya Azərbaycanlılarını MYTAGRAM.AZ adından təbrik edirəm. Arzu edirəm dünyanın harasında olursaq olaq, Azərbaycanlı olduğumuza daim fəxr edək!

Bu gün 31 dekabr yeni il günüdür. artıq 2023-cu ilə keçirik. Geri baxdığımızda 1 ili daha geride qoymuş olaraq yeni ilə qədəm qoyuruq.
2022- cu il çoxları üçün yadda qalan bəziləri üçündə uğursuz il oldu.amma buna baxmayaq həyatın hər anından zövq almağa çalışdıq!
Qoy 2023 sizlər üçün arzuların gərçəkləşdiyi, xoşbəxtliyin sizi qucaqladığı və ən əsası ən uğurlu il olsun!
İnşallah 2023-cu ili işğal olunmuş torpaqlarımızda qeyd edərik!

Bütün MYTAGRAM.AZ istifadəçilərini, bütün dünya Azərbaycanlılarını yeni il münasibəti ilə MYTAGRAM.AZ kollektivi adından təbrik edirəm!
Allah 2023-un hər bir günündə sizlərə xoşbəxtlik yağdırsın!
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl