Новость - Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı adına layiq görüldü
Kadırovun 15 yaşlı oğlu Çeçenistan Qəhrəmanı adına layiq görüldü




Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Çeçenistan Qəhrəmanı adına layiq görülüb.

Bu barədə Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov özünün "Telegram" kanalında məlumat verib.

"O, çox gənc yaşlarından liderlik və təşkilatçılıq keyfiyyətlərini nümayiş etdirib, həmişə öz inkişafı üçün səy göstərib və heç vaxt vaxt itirməyib", - millət vəkili qeyd edib./Oxu.az
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl