Новость - Ronaldu "Yuventus"u məhkəməyə verib
Ronaldu "Yuventus"u məhkəməyə verib




Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu koronavirus pandemiyası zamanı maaşların verilməməsinə görə İtaliyanın "Yuventus" klubunu məhkəməyə verib.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"də çıxış edən 38 yaşlı hücumçu həmin dönəmdə ödənilməmiş 19,9 milyon avronu geri qaytarmaq niyyətindədir.

Ronaldu Turin prokurorluğundan sənədlər tələb etdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlib. O, karantin vaxtı almamağa razılaşdığı pulu istəyir.

Söhbət "Yuventus"un koronavirus pandemiyası dönəmində bəzi oyunçularla bağladığı müqavilələrdən gedir. Futbolçular maaşlarının azaldılmasına razılaşmışdılar.

Qeyd edək ki, Ronaldu 2018-2021-ci illərdə Turin klubunun formasını geyinib. O, 134 oyunda 101 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl