Futbolçu arvadından boşanması şərəfinə ziyafət verdi
Rusiyalı futbolçu Vyaçeslav Malafeyev həyat yoldaşı Yekaterinadan boşanması şərəfinə ziyafət verib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, futbolçunun keçmiş həyat yoldaşı hadisədən kadrları şəxsi bloqunda paylaşıb.
Keçmiş həyat yoldaşları vida məclisi keçiriblər, burada yaxın dostları toplaşıblar. Yekaterina Malafeyeva tədbir üçün parlaq "lələklərlə" bəzədilmiş qara mini kombinezon seçib, onu qara diz corabları və platformalı Chelsea ayaqqabıları ilə tamamlayıb. İdmançı gecəyə yüngül kətan köynək, uyğun şalvar və ağ idman ayaqqabısı geyinib.