Dustaqla sevgi yaşayan həbsxana işçisi azadlıqdan məhrum edildi
Böyük Britaniyada həbsxana işçisi məhbusla sevgi münasibətində olduğu və onu narkotiklə təmin etdiyi üçün cəzalandırılıb.
Lent.az xəbər verir ki, bu barədə LADbible məlumat yayıb.
2020-ci ilin dekabr ayında Böyük Mançesterdəki Salford Həbsxanasında işləyən 27 yaşlı Joan Hunter məhbus Connor Uilsə mobil telefon və marixuana ötürüb. Bu il, sentyabrın 6-da isə o, üç il müddətinə azadlıqdan məhrum edilib.