Новость - Havay adalarında Kilauea vulkanı püskürməyə başlayıb
Havay adalarında Kilauea vulkanı püskürməyə başlayıb




Havay ştatında Kilauea vulkanı püskürməyə başlayıb.

Bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

"Kilauea vulkanı püskürür", - deyə şirkətin saytında bildirilib.

Aydınlaşdırılır ki, bundan əvvəl yüksək seysmik aktivlik dövrü müşahidə olunub.

ABŞ-nin Geoloji Xidməti bölgənin aviasiya xəbərdarlığını narıncıdan qırmızıya dəyişib.

Vulkanın hündürlüyü 1247 metrdir.

Verilən məlumata görə, bu, Kilaueanın ilin əvvəlindən bəri üçüncü püskürməsidir.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl