Новость - Ferhat Göçer Bakıda konset verəcək
Ferhat Göçer Bakıda konset verəcək




Türkiyənin tanınmış ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Ferhat Göçer Bakıya gəlir.

Lent.az-ın xəbərinə görə, Anadolu Events təşkilatçılığı ilə sentyabrın 22-də baş tutacaq gecənin ev sahibi Heydər Əliyev Sarayıdır. Həmçinin konsert üçün nəzərdə tutulan biletlərin yarıdan çoxu satılıb.

Biletləri iticket.az-dan və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Lent.az Ferhat Göçer haqqında maraqlı faktları təqdim edir:

Pop və opera tərzində mahnılar ifa edən sənətçi 11 may 1970-ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib. O, 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə xoşməramlı səfiridir.

Musiqi karyerası ilə yanaşı, cərrah olan Göçer 2017-ci ildə 25 illik həkimlik həyatından ayrılaraq sırf musiqi ilə məşğul olmağa davam edib.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl