Новость - Zooparkda qorxunc ölüm
Zooparkda qorxunc ölüm




Avstriyanın Salzburq şəhərindəki zooparkda dəhşətli hadisə baş verib.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, zooparkda təmizlik işləri aparan 33 yaşlı qadın işçi kərgədanın hücumuna məruz qalıb. Salzburq polisindən verilən açıqlamada kərgədanın 33 yaşlı qadın qulluqçuya gündəlik qulluq və təmizlik işləri apararkən hücum etdiyi və baxıcının ağır yaralanaraq öldüyü bildirilib. Açıqlamada qadın heyətə kömək etməyə gələn 34 yaşlı kişi baxıcının kərgədan hücumuna məruz qalaraq ağır yaralanaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.

Zooparkın direktoru Sabine Grebner mətbuata açıqlamasında dünyasını dəyişən baxıcının çox təcrübəli, hər zaman diqqətli olduğunu və heyvanlara qarşı xüsusi istedadı olduğunu deyib. Zooparkda 4 kərgədan olduğunu və onların baxmağa öyrəşmiş heyvanlar olduğunu bildirən Qrebner, 30 yaşlı kərgədanın niyə hücum etdiyini hələlik məlum olmadığını qeyd edib.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl