Новость - Putin Rusiyadan gedən sənətçilərin sayını açıqladı
Putin Rusiyadan gedən sənətçilərin sayını açıqladı




Rusiya Prezidenti Vladimir Putin ölkəni tərk edən sənətçilərin sayını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında deyib. Onun sözlərinə görə, müxtəlif hesablamalar nəticəsində bəlli olub ki, Rusiyanın siyasəti ilə razılaşmayan 160-170 mədəniyyət xadimi ölkəni tərk edib.

Putin bildirib ki, bu, həmin şəxslərin Rusiya vətəndaşlarının fikirlərinə mənfi təsir göstərmək və qeyri-ənənəvi dəyərləri təbliğ etməkdənsə, orada öz işlərini görməkləri daha yaxşıdır:

"Burada nəyisə bacaran istedadlı adam gedirsə, yəqin ki, nəyisə itirmişik. Amma dürüstcə deyim ki, xaricdə, kiminsə mənafeyinə xidmət etmək istəyirsə, bunu onun seçiminə buraxmaq daha yaxşıdır. Nəinki burada milyonlarla vətəndaşımızın beynini qarışdıraraq, bəzi qeyri-ənənəvi dəyərləri təbliğ etməsi".
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl