Новость - 1 milyon TL qazanan qıza iş adamından dəstək: Protezini düzəldəcək
1 milyon TL qazanan qıza iş adamından dəstək: Protezini düzəldəcək




1 milyon TL qazanan Rabia Birsen Güvercinin estetik qolunun xərci iş adamı tərəfindən qarşılanacaq.

BiG.AZ Türkiyə mediasına istinadən xəbər verir kiİ, Ankarada protez istehsal edən Kırşəhərli iş adamı Mustafa Düğər 1 milyon TL qazanan Rabia Birsen Güvercinin estetik qolunun xərcini qarşılayacağını açıqlayıb.

Xatırladaq ki, Türkiyədə yayımlanan "Kim Milyoner Olmak İster" verilişində Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL qazanmışdı. Rabia Birsən qolunun iş qəzası nəticəsində kəsildiyini və buradan qazanacağı məbləğlə protez əməliyyatı edəcəyini bildirmişdi.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl

Daxil olun






Sosial şəbəkələr ilə avtorizasiya