Şok qərar: Turistlərin avtomobillərinə əl qoyulacaq!
Avropa İttifaqı Komissiyası Rusiyadan üzv ölkələrə avtomobillə gələnlərin maşınlarına və ya şəxsi əşyalarına əl qoyulacağını açıqlayıb.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Avropa İttifaqı Komissiyasının mətbuat katibi Daniel Şeridan Ferri Brüsseldə keçirilən gündəlik mətbuat konfransında Aİ-nin Rusiyaya qarşı sanksiyaları və bu mövzuda mövcud təcrübələrlə bağlı açıqlamalar verib.
Aİ-nin indiyə qədər Rusiyaya qarşı 11 sanksiya paketini qəbul etdiyini xatırladan Ferri, Rusiyanı müharibəni maliyyələşdirmək üçün ehtiyac duyduğu gəlirdən məhrum etməyi hədəflədiklərini bildirib. Ferri xatırladıb ki, sanksiyalar çərçivəsində Rusiyadan bəzi məhsulların idxalına qadağa qoyulub.
Aİ ölkələrinə daxil olarkən rusiyalı turistlərin avtomobillərinin ələ keçirilməsinin yeni olmadığını qeyd edən Ferrie bu qadağanın uzun müddətdir qüvvədə olduğunu vurğulayıb. Mövcud sanksiyaların dəyişmədiyinə diqqət çəkən Ferri, "Rusiyadan bir çox məhsula idxal qadağamız var. Bu məhsullar sanksiya siyahımızda var. Avtomobillər idxal qadağasına məruz qalır və Aİ-yə girə bilməz" deyib.
Bu konteksdə Rusiyaya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib. Mindən çox insanın və 200-dən çox qurumun aktivləri dondurulub.