Новость - 11 sentyabr terrorundan 22 il ötür
11 sentyabr terrorundan 22 il ötür




Bu gün 11 sentyabr terror aktından 22 il ötür. ABŞ-ın Nyu-York şəhərindəki Dünya Ticarət Mərkəzinin ekiz binaları, eləcə də Pentaqon-un paytaxt Vaşinqtondakı mərkəzi iqamətgahının binasına sərnişin təyyarələrindən istifadə etməklə kamikadze hücumlar törədilib.

BiG.AZ xatırladır ki, bu terror hadisəsi nəticəsində 2996 nəfər ölüb, 6 minə yaxın insan yaralanıb.

Yerli vaxtla saat 08:46-da Amerika hava yolları şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 18 dəqiqə sobra isə Cənub qülləsi bənzər hücuma məruz qaldı.

Bundan əavə Pentaqonun binasına hücum nəticəsində təyyarədəki 58 sərnişin, 6 ekipaj üzvü və Pentaqonun 125 əməkdaşı həlak olub.

Qeyd edək ki, terror qurbanlarından hələ mindən yuxarı nəfərin şəxsiyyəti müəyyənləşdirilməyib.
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl