İzmirin qurtuluşunun 101-ci ildönümü şənliklərinin keçirildiyi Kemalpaşa səmt meydanında Atatürk abidəsi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, abidənin divarlarına sprey boya ilə təhqiramiz sözlər yazılıb. Təhlükəsizlik qüvvələrinin büstün yerləşdiyi ərazidə təhqirəmaz sözləri yazan şəxs və ya şəxslərin tapılması üçün əməliyyatlara başlandığı öyrənilib.
Mövzu ilə bağlı CHP İzmir Millət vəkili Sevda Erdan Kılıç: "Qurtuluş günü Kemalpaşa məhəlləmizdə adını xilaskarından almış Atatürk abidəsinə alçaq bir hücum edildi. Mustafa Kamal Atatürk bəzi satqınların, dəlilərin hücumu ilə dəyərindən heç bir şey itirmir. O heykəl, o divar. silinəcək, atamızın qəlbimizdəki yeri silinməyəcək!" sözlərini deyib.
Çirkin hadisəyə sosial şəbəkə hesabından münasibət bildirən CHP İzmir Millət vəkili Mahir Polat "İzmirin düşmən işğalından azad edilməsini qeyd etdiyimiz bu günlərdə Ulu Öndərin adını daşıyan Kemalpaşa məhəlləmizdəki Atatürk abidəsinə edilən bu çirkin hücumu qınayıram" ifadələrini əlavə edib.
Hadisədən təxminən bir saat sonra Kemalpaşa Bələdiyyə Başçısı Rıdvan Karakayalının təlimatı ilə abidəyə gələn bələdiyyə qrupları sürətlə işə başlayıb. Bələdiyyə qrupları abidənin divarlarındakı təhqiramiz yazıları boya ilə örtüb. Abidənin üzərindəki cızıqlar da bələdiyyə qruplar tərəfindən sürətlə təmizlənib.