Тема - Təkərlərin dəyişdirilməsinə görə cərimə varmı?

Təkərlərin dəyişdirilməsinə görə cərimə varmı?




Təkərlərin dəyişdirilməsi ilə bağlı bir məqaləmiz olsa da bu məqalədə YPX inspektorlarının son dövrlər rəsmiləşdirməyə çalışdığı daha bir qayda pozuntusu haqqında danışmaq istərdim. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi.


Bu İXM-nin 342.2.3-cü maddəsidir:

Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi

Cəriməsi isə az deyil. Bu qayda pozuntusuna görə 150 manat cərimələnə bilərsiniz. Sadəcə təkərlərin dəyişdirilməsi və ya təkərin qanadlardan kənara çıxması qayda pozuntusu hesab edilə bilərmi?

Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin pozulması məsələsi aydındır. Avtomobilin arxa hissəinin aşağı düşməsi ağırlıq mərkəznin pozulması deməkdir və onun hər hansı bir xüsusi cihazla ölçülməsinə ehtiyac yoxdur. Bu vizual müşahidə ilə də aşkara çıxarılan qayda pozuntusu hesab edilə bilər.

Burada əsas məsələ təkər bazasının və ya təkər düsturunun pozulması məsələsinə aydınlıq gəyirməkdir.

Təkər bazası, təkər məsafəsi, təkər bucağı, təkər aralığı, təkər boşluğu, ox boşluğu, ox aralığı ox bazası, ox bucağı, ox məsafəsi kimi adlarla da adlandırılan ön təkər mərkəzi və arxa təkər mərkəzi arasındakı məsafəyə verilən addır. Təkər bazası sürətlənmə ilə təcillənmə və yavaşlama ilə əyləcləmə zamanı nəqliyyat vasitəsinin aktiv güc ötürülməsinə təsir edən əsas dəyişənlərdən biridir. Təkər bazası nəqliyyat vasitəsinin gövdə formasına və quruluşuna görə seçilir. Böyük (uzun) təkər bazası (ox) məsafəsi nəqliyyat vasitəsinin sabitliyinə və sürücülük xüsusiyyətlərinə müsbət təsir edən bir amildir.

Təkər bazası 5 sinifə ayrılır.

1-ci sinif nəqliyyat vasitələri: təkər bazası 3.20 metrdən aşağı (təkər bazası) olan nəqliyyat vasitələri. (motosiklet, avtomobil, pikap yük maşını, mikroavtobus, torpaq yollarda hərəkət etmək üçün xüsusi olaraq nəzərdə tutulan nəqliyyat vasitəsi və s.)
2-ci sinif nəqliyyat vasitələri: təkər bazası (ox bazası) 3.20 metr və daha çox olan istənilən 2 oxlu nəqliyyat vasitəsi. (mikroavtobus, pikap yük maşını, avtobus və s.)
3-cü sinif nəqliyyat vasitələri: təkər bazası sayı (ox sayı) 3 ədəd olan bütün növ nəqliyyat vasitələri 3-cü sinif nəqliyyat vasitələri sayılır.
4 sinif nəqliyyat vasitələri: 4 və 5 oxlu bütün növ nəqliyyat vasitələri 4 sinif nəqliyyat vasitələri sayılır.
5-ci sinif nəqliyyat vasitələri: ox sayı 6 ox və ya daha çox olan yük maşınları, TIR-lar və s. nəqliyyat vasitələri
Təkər bazasını dəyişdirilməsi loru dilində desək ya avtomobil qısaldılmasıdır , ya da uzadılmasıdır. Adi minik avtomobilini uzadaraq 3.20 metrdən daha uzun edirsənsə, bu dərhal bilinəcək və qayda pozuntusudur.

İndi isə keçək təkər düsturu anlayışına.

Bu avtomobildə olan ümumi təkər və aparıcı təkər sayı deməkdir. Yük avtomobillərində arxadakı iki təkər bir təkər kimi hesab edilir. Misal üçün: təkər düsturu 6x4 deyildikdə bu o deməkdir ki, avtomobilin 6 təkəri var və onlardan 4-ü aparıcı təkərdir (ZİS-6). Tam ötürücülü avtomobillərdə bu düstür eynidir (4x4,6x6, 8x8, 10x10 və s.)

Çoxoxlu avtomçobillərdə bəzən isə aparıcı təkərlərdən neçəsi dönə bilir bu da göstərilir (16 × 16 / 12).

Yəni siz 4x4 düstürlu avtomobilinizdə sadəcə ön çəkən və ya arxa çəkənə dəyişdirirsinizsə,qaydaları pozmuş olursunuz. Ya da ki, önçəkən avtomobili arxa çəkənə və ya 4x4 düsturuna dəyişdirdikdə qaydanı pozmuş olursunuz.Bu dediyimiz məsələni isə xüsusi avadanlıq olmadan ölçmək mümkün deyil. YPX inspektor şübhələndiyini bildiririsə, bu zaman İXM-nin 8-ci maddəsi yada düşür:

İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

Yəni inspektor sürücüyə isbat etməlidir ki, burada təkər düsturu pozulub. Bir avtomobilin 4x4 olması ya olmaması indiki dövrdə internetdın 1 saniyə ərzində tapılan bir məsələdir.

Qısa rezumə etsək:

Nəqliyyat vasitəsinə istehsalçının icazə verdiyi ölçüdə təkər quraşdırıla bilər. Bu icazə təkcə avtomobilin ban hissəsində olan ölçülər deyil. İntermetdə kifayət qədər hesablayıcı kalkulyatorlar var.
Quraşdırımış təkərlər icazə verilmiş ölçüdədirsə, qandalardan bir qədər kənara çıxması qayda pozuntusu deyil
Ölçülər uyğun gəlmədikdə bu əlavə avadanlıq və konstruksiya dəyişikliyi hesab edilmir. Digər nasazlıqlar sayılır və cəriməsi 50 manatdır
Təkər bazası, təkər düsturunun pozulması xüsusi avadanlıqla aşkara çıxarıla bilər

Alt bölmə: Вопрос-Ответ
Fəsil: Avtomobil

Файлы темы
Последний раз тему редактировал AGENT - 24 Noyabr 2022, 20:19
Последняя активность в теме: 24 Noyabr 2022, 20:19
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl

Daxil olun






Sosial şəbəkələr ilə avtorizasiya