Запись - Azərbaycanın dövlət bayramları və xüsusi günləri

Azərbaycanın dövlət bayramları və xüsusi günləri




Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar),
Beynəlxalq Qadınlar Günü (8 mart),
Qələbə Günü (9 may),
Müstəqillik Günü (28 may),
Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Müstəqilliyin Bərpası Günü (18 oktyabr),
Zəfər Günü (8 noyabr),
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr),
Konstitusiya Günü (12 noyabr),
Milli Dirçəliş Günü (17 noyabr),
Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr),
Novruz bayramı (beş gün),
Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir.

Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

20 yanvar tarixi Azərbaycanda “Ümumxalq hüzn günü” kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsini yatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir.[2] 1998-ci ildən başlayaraq Azərbaycanda 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir. 1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələr nəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir.

Anım Günü - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsi anılır.

Tarix
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
Ко всем записям