Запись - Ağıllı qadın

Ağıllı qadın




Amerikalı psixoloqlar “ağıllı qadınlara üstünlük verirəm” deyən 105 kişini xüsusi testlərə sınaq edərək onların gerçək münasibətini araşdırıblar. Müəyyən olundu ki, onlar ağıllı qadınlara münasibət qurmağa həqiqətən meyllidilər, ancaq “ağıllı qadın” dedikdə özlərindən ağıllı olmayan qadınları nəzərdə tuturlar. Məsələn, testlərdə belə sual qoyulmuşdu: riyaziyyat kursunda sizdən yuxarı və biraz aşağı nəticə göstərən iki qadından hansını görüşə dəvət edərdiz? – cavab olaraq ikincini seçdilər.

Araşdırmalar göstərdi ki, qadının ağılca üstün olması faktı kişiləri təşvişə salır. Kişilər qadının özlərindən ağıllı (intellektual baxımdan üstün) olmasını hiss etdikdə, onların gözündə həmin qadının seksual cazibəsi azalır. Bunadək qüsursuz olduğunu dedikləri halda, bundan sonra qüsur axtarmağa başlayırlar.

Xəyyam Ağa

Психология и Отношения
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
Ко всем записям