Запись - Argentina və Xorvatiya yarımfinalda - DÇ-2022

Argentina və Xorvatiya yarımfinalda - DÇ-2022




Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.

May.az xəbər verir ki, Braziliya millisi Xorvatiya ilə qarşılaşıb. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün oyun əlavə vaxta uzadılıb. Lakin bu zaman da hesab açılmayıb. Oyun penaltilər seriyası ilə davam edib. Burada Xorvatiya daha dəqiq davranıb və yarımfinala adlayıb. Braziliya millisi sensasiyalı şəkildə mübarizəni dayandırıb.

Digər oyunda isə Argentina və Niderland yığmaları üz-üzə gəlib.



9 dekabr

DÇ-2022

1/4 final mərhələsi

23:00. Niderland - Argentina - 2:2 (Penaltilər seriyası) - 4:5

Qollar:Nahuel Molina, 35 (0:1), Lionel Messi, 73-pen. (0:2), Vaut Veqhorst, 83 (1:2), 90+11 (2:2)

Penaltilər seriyası

Niderland: - - + + + +

Argentina: + + + + - +

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Lusail" stadionu

19:00. Xorvatiya - Braziliya - 1:1, Penaltilər seriyası - 4:2

Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)

Penaltilər seriyası

Xorvatiya: + + + +

Braziliya: - + + -

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edyukeyşn Siti" stadionu

10 dekabr

19:00. Mərakeş - Portuqaliya

23:00. İngiltərə - Fransa

ЧМ-2022/FIFA-2022 - Чемпионат Мира по футболу 2022
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
Ко всем записям