Sevgiye geden yolda, yalnızlığa son!

Dubayda dünyanın ən hündür hoteli açılıb

16.11.2025 17:13

Dünyanın ən hündür hoteli kimi tanınan \"Ciel Dubai Marina\" BƏƏ-nin Dubay şəhərində fəaliyyətə başlayıb. 


BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hotel artıq ilk qonaqlarını qəbul edib.

\"Ciel Dubai Marina\"nın hündürlüyü 377 metrdir, bu göstərici ilə o Dubayda yerləşən \"Gevora Hotel\"i geridə qoyub.

Hazırda şəhərdə dünyanın ən hündür 10 hotelindən 8-i yerləşir, onlardan biri də BƏƏ-nin simvollarından sayılan və yelkən formasında tikilmiş \"Burj Al Arab\"dır (321 metr).

\"Ciel Dubai Marina\" 82 mərtəbədə yerləşən 1004 otaqdan ibarətdir. 76-cı mərtəbədə hündürlüyü təxminən 310 metr olan \"Tattu Sky\" hovuzu mövcuddur. 81-ci mərtəbədə isə qonaqlar üçün lanç zonasına malik açıq terras fəaliyyət göstərir.


Geri xəbərlərə