Sevgiye geden yolda, yalnızlığa son!

TDT Baş katibi Azərbaycanı təbrik edib

08.11.2025 08:52

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. 


BAKU.WS xəbər verir ki, bu barədə o, \"X\" hesabında paylaşım edib.

\"8 Noyabr – Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasını, eləcə də ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin etmiş Azərbaycan xalqının və Silahlı Qüvvələrinin qəhrəmanlığını və birliyini qürurla anıram\", - deyə paylaşımda qeyd edilib.


Geri xəbərlərə