04.10.2025 16:19
Amerikalı məşhur aktyor Cim Kerri Fransanın ən nüfuzlu kino mükafatı olan \"Cesar\"la təltif ediləcək.
Axşam.az xəbər verir ki, bu barədə \"Deadline\" məlumat yayıb.
Mükafatlandırma mərasimi 17 fevral 2026-cı ildə Parisdəki \"Olimpiya\" konsert zalında keçiriləcək.
Cim Kerri Fransız Kino Akademiyası tərəfindən kinoya verdiyi böyük töhfələrə görə bu mükafatla təltif olunacaq.