02.10.2025 19:34
İstanbulda 5 maqnitudalı zəlzələ baş verib.
\"Qafqazinfo\" xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Yeraltı təkanların hiss edildiyi qeyd olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
***
İstanbul valisi Davut Gül zəlzələ zamanı 17 nəfərin təşvişə düşərək xəsarət aldığını açıqlayıb.