12.09.2025 10:29
Rusiyanın Krasnoyarsk şəhərində qarayara xəstəliyinin aşkar olunması səbəbindən karantin rejimi tətbiq edilib.
BiG.AZ rus mediasına istinadən xəbər verir ki, karantin tədbirləri çərçivəsində kənddəki heyvanlara peyvənd vurulub, mal-qara ilə təmasda olan şəxslər isə xüsusi nəzarətə götürülüb.
Hazırda xəstəliyin yaranma səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.