21.08.2025 17:15
\"Avroviziya 2026\" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər açıqlanıb.
Axşam.az xəbər verir ki, müsabiqə Vyanada keçiriləcək.
Birinci və ikinci yarımfinal mayın 12-si və 14-ü, final isə 16-da olacaq.
Qeyd edək ki, bu il müsabiqədə 436 balla Avstriya - \"JJ\" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni \"Wasted love\" mahnısı ilə birinci olub.