Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

\"WhatsApp\" və \"Telegram\"da zənglər mümkün olmayacaq

17.08.2025 10:10

Rusiyanın müxtəlif bölgələrində istifadəçilər \"WhatsApp\" və \"Telegram\"da videozəng edə bilməməkdən şikayətlənirlər.

Downdetector məlumatına görə, nasazlıq yalnız bu iki messencerə təsir edib. Hadisə, telekommunikasiya operatorlarının bu platformalarda bütün zənglərin bloklanması üçün lobbiçilik etdiklərinin açıqlanmasından bir neçə saat sonra baş verib.

Operatorlardan bəziləri şərh verməkdən imtina edib, \"Megafon\" isə problemin xarici səbəblərlə bağlı ola biləcəyini bildirib. Ekspertlər bunun avqustun 1-dən tətbiq olunan \"seçmə bloklama\" sınaqları ilə əlaqəli ola biləcəyini istisna etmirlər.

Son aylarda Rusiyada Signal, Viber və Discord kimi messencerlər də bloklanıb. Səlahiyyətlilər isə 2023-cü ildən bəri WhatsApp-ın da qadağan edilə biləcəyini müzakirə edirlər.**Milli.Az


Geri xəbərlərə