Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Neft bazasında yanğın zamanı video çəkən gənclər həbs edildi

04.08.2025 16:41

Sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Soçidəki neft bazasında baş verən yanğın fonunda iki qız və bir gəncin mahnı oxuyaraq video paylaşdığı görüntülər yayılıb.

BiG.AZ rus mediasına istinadən xəbər verir ki, onların bu addımı pilotsuz uçuş aparatlarının çəkilişi və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı qadağaları pozmaq kimi qiymətləndirilib.

Nəticədə həmin şəxslər Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.6.1-ci maddəsinin 1-ci hissəsi – \"Fövqəladə vəziyyətdə davranış qaydalarının pozulması və ya təhlükə yaratmaq\" – ilə təqsirli bilinərək həbs edilib.

Geri xəbərlərə