03.08.2025 08:38
İspaniyanın \"Barselona\" klubu futbolçusu Mark Kasado ilə yollarını ayıra bilər.
\"Report\" AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini satmağı düşünür.
Oyunçu baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.
İngiltərənin \"Çelsi\" klubu futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Mark Kasado \"Barselona\"nın heyətində 41 oyuna 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.