03.08.2025 08:37
\"Yeşilçam\"ın aktyoru Necati Bilgiçin qocalar evində yaşadığı ortaya çıxıb.
Axşam.az xəbər verir ki, psixoloji problemləri olan və şizofreniya diaqnozu qoyulan aktyorun müalicələri davam edir.
Qeyd edək ki, ilk dəfə 1995-ci ildə \"Çiçek taksi\" serialında Niyazi obrazı ilə televiziyaya çıxan N.Bilgiç, son olaraq 2012-ci ild \"Berlin kaplanı\" filmində rol alıb. O, Kemal Sunal və Şener Şen kimi aktyorlarla birgə layihələrdə çəkilib.