Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Sabah çimərliklərdə hava NECƏ OLACAQ?

27.06.2025 21:12

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 28-də mülayim cənub-şərq küləyi əsəcək.

\"Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +22 dərəcədən +23 dərəcəyədək, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə +23 dərəcədən +24 dərəcəyədək olacaq\",- deyə məlumatda qeyd edilib.


Geri xəbərlərə