Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Çimərlikdən əlləri və ayaqları bağlı 5 cəsəd tapıldı

26.06.2025 05:15

İspaniyanın İbiza yaxınlığındakı Balear çimərliyində əlləri və ayaqları bağlı ən azı beş cəsəd tapılıb. İlkin məlumata görə, onlar Əlcəzairdən təhlükəli marşrutla İspaniyaya çatmağa çalışan miqrantlar ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, qurbanlar dəniz yolu ilə Avropaya gələrkən əlbəyaxa dava ediblər, daha sonra əlləri qandallanıb dənizə atılıb.

Qeyd olunur ki, son bir il ərzində təxminən 30 oxşar cəsəd Balear adalarının - Mayorka, İbiza və Formentera sahillərində aşkarlanıb.

Geri xəbərlərə