Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Solyaridən xərçəngə yoluxdu – 30 yaşlı qadın hökumətə çağırış etdi

31.05.2025 07:41

Böyük Britaniyada yaşayan 30 yaşlı Lili Mörfi tez-tez solyaridən istifadə etdiyi üçün dəri xərçənginə tutulub.

BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, həkimlər Lili Mörfiyə melanoma – yəni dəri xərçəngi diaqnozu qoyublar və bunun birbaşa solyari istifadəsi ilə bağlı olduğunu təsdiqləyiblər.

Mörfi yaşadığı acı təcrübədən sonra ictimaiyyətə müraciət edərək Böyük Britaniya hökumətini solyari cihazlarının istifadəsini qanunla qadağan etməyə çağırıb.

O bildirib ki, bu avadanlıqların sağlamlığa ciddi zərər vurduğu halların artması cəmiyyət üçün təhlükə yaradır və dövlət bu məsələyə biganə qalmamalıdır.

Solyaridən xərçəngə yoluxdu – 30 yaşlı qadın hökumətə çağırış etdi

Geri xəbərlərə