Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Qocalmanı ləngidə bilən vitamin

29.05.2025 21:26

Alimlər telomerləri - DNT-nin uclarında yerləşən və \"bioloji saat\" adlandırılan hissələri araşdırıblar. Çünki onlar yaş artdıqca qısalır.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, amerikalı araşdırmaçılar qrupu vitamin D-nin qocalma ilə əlaqəli bioloji mexanizmi ləngidə biləcəyini aşkar edib.

Brigham and Women’s Hospital, Harvard Tibb Məktəbi və digər universitetlərin araşdırmaçıları telomerləri - DNT-nin uclarında yerləşən və \"bioloji saat\" adlandırılan hissələri araşdırıblar, çünki onlar yaş artdıqca qısalır.

Hər hüceyrə bölünməsi zamanı telomerlər bir qədər qısalır. Bu proses qocalma, həmçinin infeksiyalar, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəlidir.


Geri xəbərlərə