18.05.2025 19:42
ABŞ-nin mərkəzi hissəsində qasırğa nəticəsində azı 27 nəfər ölüb.
\"Report\" xəbər verir ki, bu barədə \"The New York Times\" məlumat yayıb.
Məlumata görə, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür.
Nəşrin məlumatına görə, bir sıra ştatlarda binalar dağılıb.
Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.