17.05.2025 08:56
Meksikada TikTok sosial şəbəkəsində makiyaj videoları ilə tanınan 23 yaşlı Valeria Markes canlı yayım zamanı silahlı hücuma məruz qalıb.
BiG.AZ xarici mediaya istinadən xəbər verir ki, dəhşətli hadisə yayım zamanı baş verib və Markes hadisə yerində həyatını itirib.
Meksika Əyalət Prokurorluğu bloggerin ölümü ilə bağlı araşdırmaya başladığını açıqlayıb.