Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Qripə yoluxan 35 yaşlı qadın vəfat etdi

17.05.2025 08:55

Türkiyənin Sivas bölgəsində qripə yoluxan 35 yaşlı, 3 uşaq anası olan qadının vəziyyəti getdikcə ağırlaşıb.


BiG.AZ türk mediasına istinadən xəbər verir ki, ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.


Tibbi müdaxiləyə baxmayaraq vəfat edən qadının meyiti ailəsinə təhvil verilib. Ailə üzvləri isə onun həkim laqeydliyi səbəbindən dünyasını dəyişdiyini iddia ediblər.

Geri xəbərlərə