Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

\"Rəşadın balaları üçün narahatam\"

22.04.2025 15:22

Meyxanaçı Ələkbər Yasamallı hazırda həbsdə olan və bibisi oğlunu qətlə yetirən həmkarı Rəşad Dağlıdan danışıb.


Axşam.az xəbər verir ki, meyxanaçı \"Qapqara\" yutub layihəsindən Rəşadın övladları üçün narahat olduğunu deyib:


\"Allah həbsxanada olan hər kəsin qapısın açsın. Zindan kişi üçündür. Allah onların balalarına səbr versin. Rəşada da Allah azadlığı duymağı nəsib etsin. Allah şahiddir, həmişə demişəm, Rəşad üçün o qədər də narahat deyiləm. Onun balaları üçün, o həsrət üçün narahatam. Rəşad kişidir, sabah bilmirik başımıza nə gələcək\".


Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Geri xəbərlərə