Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Paşinyan: \"Ölkə dərin kadr böhranı ilə üz-üzədir\"

04.04.2025 08:07

\"Ermənistan hökuməti yanlış kadr siyasəti aparır, ölkə dərin kadr böhranı ilə üz-üzədir\".


Oxu.Az \"Newsarmenia\" portalına istinadən xəbər verir ki, bu açıqlama ilə hökumətin iclasında məktəb direktorları qarşısında danışan Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.


N.Paşinyan kadr böhranını belə əsaslandırıb:


\"Bilirsinizmi, niyə böhran var? Çünki ölkənin 70%-dən çoxunda uşaq bağçası yoxdur, ölkədə 70 faizdən çox məktəb binası bərbad vəziyyətdədir, təhsil sistemi acınacaqlı vəziyyətdədir\".


Fikrinin davamında N.Paşinyan təhsil sistemindəki rüşvət faktoruna da toxunub.


O vurğulayıb ki, direktor vəzifəsi üçün müraciət edən 13 nəfərdən yalnız beşi qanuni şəkildə təyinat alır. N.Paşinyan bunu avtomobil idarə edə bilməyənlərin rüşvətlə sürücülük vəsiqəsi almasına bənzədib.

Geri xəbərlərə