31.03.2025 12:19
Ramazan bayramı müqəddəs torpaqlarda coşqu ilə qarşılanıb.
Oxu.Az xəbər verir ki, bu barədə \"Haber Global\" məlumat yayıb.
Məlumata görə, Ramazan ayını Səudiyyə Ərəbistanında keçirən 4 milyondan çox müsəlman Kəbədə birləşib.
Gecə yarısından etibarən Kəbə ətrafında toplaşanlar Ramazan ayının sona çatması ilə Məscid-ül Həramda bayram namazını qılıblar.
Namazı qıldıran məscidin imamı Əbdürrəhman Sudeysi bayram münasibətilə təbriklərini çatdıran xütbə verib.