Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Naməlum virus YAYILDI - İnsanı yatağa məhkum edir

31.03.2025 12:18

Rusiyada yeni və naməlum virus yayılmağa başlayıb.


Musavat.com xəbər verir ki, \"Rospotrebnadzor\" qurumu naməlum virusa yoluxma hadisələrini izləməyə başlayıb.


İlk yoluxan şəxslərin məlumatlarına görə, xəstəlik əvvəlcə adi halsızlıq və ağrılarla başlayır, amma bir neçə gün sonra vəziyyət daha da pisləşir və insanlar yataqda qalmağa məcbur olur. Xəstələr yüksək hərarətlə mübarizə apararkən, qanla öskürmə hallarını da bildiriblər. COVID-19 və A, B qripi üçün edilən testlər isə mənfi nəticə verib, bu da yeni virusun fərqli bir patoloji olduğunu göstərir.


Səhiyyə orqanları bu vəziyyəti diqqətlə izləyir və virusun yayılmasını dayandırmaq üçün tədbirlər görməyə davam edir.

Geri xəbərlərə