Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

Fransa insanlığa qarşı cinayətlərə görə təzminat ödəməlidir - Beynəlxalq konfransda ÇAĞIRIŞ

30.03.2025 09:21

\"İnsanlığa qarşı cinayətlərə, quldarlığa görə Fransa təzminat ödəməlidir\".


Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən \"Kolonializm: Dini-Milli Kimliyin Silinməsi\" adlı beynəlxalq konfransda Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten deyib.


O bildirib ki, təzminatla bağlı Avropa Məhkəməsinə müraciət ediblər:


\"Fransa hökuməti bizim səsimizi eşitməlidir. Biz quldarlığa məruz qalmışıq, əzilmişik. Tarixi ədalətin bərpası üçün təzminat tələb edirik\".


O, tam şəkildə dekolonizasiyaya nail olunacağına ümid etdiyini vurğulayıb.

Geri xəbərlərə