30.03.2025 09:07
Türkiyədə Rusiyaya məxsus \"Rutube\" videohostinqi bloklanıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (BTK) məlumat yayıb.
Bildirilir ki, qərar ölkədə qadağan edilmiş qumar oyunlarının platformada reklam olunması ilə bağlıdır.
\"Rutube.ru saytına giriş BTK-nın 25 fevral 2025-ci il tarixli qərarı ilə bloklanıb\", - deyə məlumatda qeyd edilir.